Sığorta

“Günay Sığorta” turizm tədbirinə - DƏSTƏK OLDU

“Günay Sığorta” turizm tədbirinə - DƏSTƏK OLDU | FED.az
16:33 22 Okt 2019

BƏƏ-nin ən nüfuzlu şirkətlərindən biri olan Voyager Group tur operator şirkəti Azərbaycanda  ənənəvi “Road show” keçirib.

FED.az xəbər verir ki, tədbirin tərəfdaş şirkətlərindən biri də “Günay Sığorta”dır. 

Eləcə də bax: Yeni təyinatlar "Günay Sığorta"ya – UĞURLAR QAZANDIRIR

Voyager Group tur operator şirkəti Azərbaycan, Gürcüstan, Qazaxıstan,  Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan kimi ölkələrdə geniş  nüfuza və həmin ölkələrdə yerləşən turizm şirkətlərinin böyük etibarına malikdir.

Tədbir 11.10.2019 tarixində Circle restaurant and Music Hallda baş tutub.

Gözlənildiyi kimi 100-ə yaxın turizm şirkəti bu tədbirdə iştirak edib. Burada BƏƏ-nin ən məşhur otellərinin rəhbər heyətləri, Flydubai,turizmplus.az, Pegasus H/Y-nın nümayəndələri öz yenilikləri ilə turizm şirkətlərinin nümayəndələrini məlumatlandırmışdır.

Sonda tədbir iştirakçıları üçün şou-proqram və əyləncəli müsabiqələr təşkil olundu. Tədbirin iştirakçılarına “Günay Sığorta” tərəfindən müxtəlif hədiyyələr təqdim edildi.

Digər xəbərlər