2022- ci il “Günay Sığorta” şirkəti üçün yadda qalan və uğurlu il olmayıb. Ötən ilin əvvəlindən başlayaraq şirkətin yığımlarında azalma tendensiyası ilin sonunadək davam edib.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci il üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət tərəfindən ötən ildə 7,936 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2021-ci ilin yekun göstəcisi ilə müqayisədə 1,840 mln. manat və ya 18,8% azdır.
Ötən ildə baş vermiş sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmində də azalma müşahidə olunub. Qeyd olunan dövrlə müqayisədə sığorta ödənişləri 0,267 mln. manat və ya 0,7% azalaraq 3,823 mln. manata enib.
Qeyd edək ki, ötən ildə şirkətin rəhbər heyətində istefalar olub. Belə ki, Şirkətin İdarə Heyətinin sədri Mahir Niftəliyev və Direktorlar Şurası sədrinin müşaviri Azad Cavadov öz xahişi ilə vəzifələrindən uzaqlaşıb.