“Günay Sığorta” baş ofisini dəyişir. FED.az xəbər verir ki, gələn aydan etibarən “Günay Sığorta”nın Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, 31/11 ünavnında yerləşən baş ofisi İnşaatçılar prospekti 136-ya köçəcək.
“Günay Sığorta” yeni ofisinin əvvəlkindən sahəsinə görə böyük olduğu bildirilir.
Məlumat üçün bildirək ki, sığorta şirkətinin yerləşdiyi hazırki baş ofis icarəyə götürülüb. Lakin yeni ofisin sığorta şirkətinin öz əmlakı olduğu bildirilib.