FED.az xəbər verir ki, «Günay Sığorta» rayonlarda siğorta hadisələri şöbəsinin qəza komissarı vakansiyası elan edib.
Vəzifə: “Sığorta hadisələri şöbəsinin qəza komissarı” (Quba-Xaçmaz, Şəki-Zaqatala, Yevlax, Gəncə – Qazax, Bərdə, Lənkəran – Astara, Sabirabad – Şirvan regionları üzrə)
Namizədə tələblər: Müştəri yönümlü, təmkinli, operativ, məsuliyyətli;
Yaş : 25-45
Cins: Kişi
Kompüter bilikləri: Word, Excel;
Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli;
Əsas vəzifə öhdəlikləri:
– Sığorta hadisələrinə çıxmaq və hadisə yerinə baxış keçirmək;
– Fotoşəkillər çəkmək, yazılı və video izahat almaq;
– Hadisə barədə ilkin məlumat toplamaq və dövlət orqanlarına müraciət etmək ;
– Hadisəni qeydiyyata almaq.
Avtomobili olan namizədlərə üstünlük verilir. Əmək haqqı individual olaraq müəyyən ediləcək.
Maraqlanan şəxslərdən öz “CV”-lərini “Subject” başlığına “Sığorta hadisələri şöbəsinin qəza komissarı” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.