“Günay Sığorta” şirkəti Azərbaycan Silahlı Qüvvələrinin hərbçisinin şikayəti yayımlandıqdan sonra problemi həll edib.
FED.az xəbər verir ki, mubahise.az-a müraciət edən hərbçi Mürsəliyev Sidqi Balamirzə oğlu bildirmişdi ki, şirkət sığorta hadisəsi zamanı ona dəymiş zərərin ödənilməsindən imtina edib.
“Günay Sığorta” şirkətindən məsələ ilə bağlı FED-az-a bildirilib ki, zərər məbləği qanunvericiliyə uyğun olaraq təyin olunan ekspert tərəfindən aparılıb. Artıq zərərçəkənin avtomobili şirkətin əməkdaşlıq etdiyi avtomobil təmiri müəssisəsinə yönləndirilib. Şirkət tərəfindən zərərçəkən ilə əlaqə saxlanılıb və zərərçəkən şirkətdən heç bir narazıçılığının olmadığını bildirib.