Günay Sığorta yanvar –avqust aylarında müştərilərinə 1 milyon 210 min manatdan çox sığorta ödənişi edib. FED.az xəbər verir ki, bu göstərici göstərilən tarixlərdə 6 sığorta şirkətinin etdiyi ayrı –ayrılıqda ödənişdən çoxdur.
Eləcə də bax:“Günay Sığorta” turizm tədbirinə - DƏSTƏK OLDU
Ümumilikdə şirkətin yığımları da olduqca “ürək açan” olub. Belə ki, 9 ay ərzində şirkət 4 milyon 321 min manatdan çox sığorta haqqı yığıb.
Hesabat dövründə “Günay Sığorta”nın cəmi aktivləri 13 milyon 939 min manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə 1 milyon 181 min manat və ya 9,25% çoxdur. İlin əvvəlindən bu yana sığorta şirkətinin cəmi kapitalı 1 milyon 207 min manat və ya 15,29% artaraq 9 milyon 097 min manat olub. Şirkətin cəmi öhdəlikləri son 9 ay ərzində 0,5% azalaraq 4 milyon 841 min manat təşkil edib.
Xalis mənfəəti də 1 milyon manatdan çoxdur
Bu ilin 9 ayı ərzində şirkətin cəmi gəlirləri 5 milyon 258 min manat, xərcləri isə 4 milyon 050 min manat təşkil edib. Nəticədə şirkətin xalis mənfəəti 1 milyon 207 min manat təşkil edib.
Yeni filiallar açaraq böyüyüb
Maliyyə göstəriciləri ilə yanaşı şirkəti şimal və cənub regionlarında yeni filiallarını müştərilərin istifadəsinə verməklə satış çoğrafiyasını daha da genişləndirib. Yeni filiallara yeni əməkdaşlar cəlb olunub. Bununla da şirkət regionlarda yeni iş yerlərinin yaranmasına səbəb olub.
Xatırladaq ki, Azərbaycan sığota bazarında 26 illik fəaliyyəti olan "Günay Sığorta" ASC 1992-ci ildən qeydiyyata alınaraq fəaliyyətə başlayıb. Şirkət müştərilərə 19 könüllü və 4 icbari sığorta növü üzrə xidmətlər göstərir.