Mayın 19-da «Günay Bank» ASC-nin səhmdarlarının ümui yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, bankın Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 ünvanında yerləşən inzibati binasında keçiriləcək toplantısında aşağıdakı məsələlər müzakirə olunacaq:
1. Müşahidə Şurasının üzvlərinin tərkibinə baxılması və təsdiq edilməsi;
2. İdarə Heyətinin üzvlərinin tərkibinə baxılması və təsdiq edilməsi;
3. "Günay Bank" ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və audit komitəsi tərəfindən tövsiyə olunmuş 2022-ci ilin maliyyə hesabatının təsdiq edilməsi;
4. Digər məsələlər.
Xatırlacaq ki, «Günay Bank» 2022-ci ili 490 min manat mənfəətlə başa vurub.