2018-ci ildə Azərbaycanın bütün ərazısındə icbari tibbi sığortanın tətbiqi gözlənilmir. FED.az xəbər verir ki, bu barədə 2018-ci lin dövlət büdcəsinini parlamendəki müzakirələrində məlum olub. Əvəzində hökumət ölkədə icbari tibbi sığortanın sınaqlarını davam etdirmək niyyətindədir.
Xatırladaq ki, hazırda ölkənin iki bölgəsində - Yevlax və Mingəçevirdə İTS üzrə pilot layıhə həyata keçirilir.
Gələn il isə İTS daha iki rayonunda tətbiq ediləcək. Bu barədə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Maliyyə naziri qeyd edib ki, icbari tibbi sığorta üzrə 2 rayonda pilot layihə artıq həyata keçirilib. Bu, artıq öz müsbət nəticələrini verir. Növbəti ildə daha iki rayonda belə layihənin həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, icbari tibbi sığortanın tətbiqindən sonra əhalinin tibb xərclərinin böyük hissəsi tibbi sığorta tərəfindən qarşılanacaq. Bura müayinələr, cərrahiyyə əməliyyatları və s. aiddir. Bu zaman ölkə vətəndaşları tibbi sığorta haqqı ödəyəcəklər. 18-yaşınadək olanlar və pensiyaçıların sığorta haqqı dövlət tərəfindən ödəniləcək.
Tibbi sığorta mexanizmlərinin tətbiqi Azərbaycanın səhiyyə sistemində köklü islahatların aparılmasını da tələb edir. Bura tibb müəsssələrinin pullu xidmətlərə və özünü maliyələşməyə keçməsi, xəstəxanaların baş həkimlər deyil, menecerlər tərəfindən idarə edilməsi, ailə həkimləri institutunun yaradılması və sair addir. Tibbi sığortanın tətbiqi nəticəsində həkimlərin və tibb sahəsində çalışanların əmək haqqında da ciddi artımların olması gözlənilir.