Sığorta sektorunda həyata keçirilən elektronlaşma tədbirləri nəticəsində Forma 4 üzrə sorğuların icrası daha operativ və səmərəli şəkildə həyata keçirilməyə başlanıb.
İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun Hüquqi Şəxslərin İttifaqının 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə illik hesabatinin təqdimatında Xanım Camalova bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə tətbiq olunan yeni sistem könüllü sığorta müqavilələri üzrə Forma 4 arayışlarının elektron formada təqdim edilməsini təmin edib.
Layihə çərçivəsində hadisə məlumatlarına çıxış prosesi tam rəqəmsallaşdırılıb. Bunun nəticəsində sığorta şirkətləri artıq tələb olunan məlumatları Büronun dəstək xidmətinə ayrıca müraciət etmədən, birbaşa vahid informasiya sistemi vasitəsilə əldə edə bilir.
Yeni mexanizm şirkətlərə hadisələrə dair məlumatları daha sürətli və operativ şəkildə əldə etmək imkanı yaradıb. Bu isə həm sorğuların icra müddətini qısaldıb, həm də əməliyyat proseslərində iş yükünün azalmasına səbəb olub.
Qeyd edək ki, ISB-nin bu sahədə həyata keçirdiyi rəqəmsallaşma sığorta sektorunda xidmət keyfiyyətinin artırılması və proseslərin optimallaşdırılması baxımından mühüm rol oynayır.












