"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda sığorta sektorunun inkişaf etdiyini, lakin hələ tam formalaşmadığını bildirir.
Eləcə də bax: «Fitch Ratings»: «Azsığorta»nın yüksək investisiya riskləri var, bazar payını itirir»
FED.az xəbər verir ki, ölkənin sığorta sektorunda tənzimləyici və nəzarətedici rejim inkişaf edir, lakin şəffaflıqda və hüquqi tətbiqetmənin effektivliyində axsamalar var. Qeyd edilir ki, sığorta bazarının texnoloji və diversifikasiya səviyyəsi yüksək olmasa da, təkmilləşir.
"Fitch" mütəxəssislərinin fikrincə, pərakəndə məhsullar əsasən sadədir, halbuki kommersiya əhatəsi xarici brokerlərin və ya təkrar sığortaçıların köməyi ilə hazırlanır və ərsəyə gətirilir. Agentik qeyd edir ki, sığortanın iqtisadiyyata girişi məhdud olaraq qalır. Bu isə sığorta ödənişlərinin ÜDM-ə nisbətinin ("insurance penetration rate") aşağı olması deməkdir.
Xatırladaq ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cəmi 311 337 min manat həcmində sığorta haqqı yığılıb və 105 565 min manat həcmində ödəniş həyata keçirilib. Beləliklə, sığorta yığımları örtən ilin eyni dövrü ilə müqayisədə 17,4% artıb, ödənişlərdə isə 58% artım qeydə alınıb. (Apa)