“Qala Sığorta” və “Qala Həyat” şirkəti “16 dekabr – FHN işçilərinin peşə bayramı günü” ilə bağlı könüllü sığorta məhsulları üzrə xüsusi kampaniyaya başlayıb.
FED.az xəbər verir ki, kampaniyanın şərtlərinə görə, Fövqəladə Hallar Naziriliyinin və nazirliyin strukturuna daxil qurumlarda çalışan bütün şəxslər, eləcə də onların ailə üzvləri “Qala Həyat” və Qala Sığorta”nın könüllü sığorta məhsullarına 20%-dək güzəşt imkanı əldə edirlər.
Eləcə də bax:“Qala Sığorta” ABŞ-dakı müştərisinə belə -DƏSTƏK OLDU
Kampaniyaya şamil olunan şəxslər “Qala Sığorta” və ya “Qala Həyat” şirkətinə yaxınlaşmaqla sərfəli könüllü sığorta məhsullarından yararlana bilərlər.
Qeyd edək ki, kampaniya 30 dekabr 2019-cu il tarixinədək qüvvədədir.
Məhsullarla bağlı daha ətraflı məlumat üçün (012) 377 10 10, (012) 404 77 44 və ya 1540 qısa nömrəsinə zəng edə bilərsiniz.
“Qala Sığorta” və “Qala Həyat” şirkətinin kollektivi Fövqəladə Hallar Naziriliyinin və nazirliyin strukturuna daxil qurumlarda çalışan bütün işçiləri təbrik edir, onlara işlərində uğurlar arzulayır.