Azərbaycanda bu ilin yanvar ayı üzrə fərdi qəza və xəstəliklərin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən il ümumilikdə növ sığorta üzrə yığımlar 824 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 219 min manat və ya 2,7 dəfə çoxdur.
Ötən ilin yanvar ayında bu göstərici 305 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri olmayıb, lakin, ötən ilin eyni dövründə 8 min manat sığorta ödənişləri edilmişdi.