Azərbaycanda 2024-cü il üzrə fərdi qəza və xəstəliklərin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən il ümumilikdə növ sığorta üzrə yığımlar 5 milyon 316 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 327 min manat və ya 7% çoxdur.
2023-cü il ərzində bu göstərici 4 milyon 989 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 329 min manat təşkil edib ki, bu da illik müqayisədə 153 min manat və ya 87% çoxdur.
Ötən ilin eyni dövründə 176 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% artıb. 2023-ciü ilin eyni dövründə isə zərərlilik göstəricisi 4% təşkil edib.