Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr ayları ərzində fərdi qəza və xəstəlik sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 6 milyon 247 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 44 min manat və ya 48,6% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 4 milyon 203 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 384 min manat təşkil edib ki, bu da illik müqayisədə 137 min manat və ya 55,5% çoxdur. Ötən ilin eyni dövründə 247 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 6,1% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 0,2 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 5,9% təşkil edib.












