“Falcon Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçiləri dəyişib.
FED.az xəbər verir ki, BOKT-da hər biri 33,3%-lik paya malik olan Fərman Qurbanlı, Fərid Hidayətzadə və Könül Məmmədova paylarını Səxavət İmanova (50%) və Vüsal Tağıyevə (50%) satıblar.
Eləcə də bax: Azərbaycanda yeni yaradılan - MALİYYƏ TƏŞKİLATI - PLANLARINI AÇIQLADI
Yeni təsisçilər “Falcon Finance”ın direktorunu dəyişiblər. Belə ki, indiyə qədər maliyyə qurumuna rəhbərlik edən Cavid Qurbanlı vəzifəsindən azad edilib və onun yerinə İbrahim Salmanov təyin olunub.
Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.
Eləcə də bax: «Banklar üçün tələblər BOKT-lara da - TƏTBİQ EDİLMƏMƏLİDİR» - AÇIQLAMA
“City Finance”BOKT-un vəziyyəti – MƏLUM OLDU
Report