“Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planında yer alan əsas məqamlardan biri də sığortanın vətəndaşlara təbliğ və təşviq edilməsidir.
Eləcə də bax: Sığorta sektoru sosial media fenomenlərinin köməyindən istifadə edəcək
Günümüzdə əsas təbliğat vasitələrindən biri də sosial şəbəkələrdir. Odur ki, FED.az Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sosial şəbəkələrdə, əsas da ölkəmizdə populyar olan Facebookda nə qədər insan tərəfindən izlənilməsini araşdırıb.
Siyahıya 82 185 nəfərlə tərəfindən facebook səhifəsi bəyənilən “Paşa Həyat Sığorta” şirkəti başçılıq edir. İkinci pillədə 75 599 nəfərlə “Günay Sığorta” şirkəti yer alıb. Üçüncü isə 58 054 nəfər tərəfindən səhifəsi bəyənilən “Paşa Sığorta “ tamamlayır. Siyahıda növbəti sıralama isə aşağıdakı kimidir.
“AzSığorta” - 33 146 nəfər
“A-Group Sığorta” - 32 894 nəfər
“AtaSığorta” - 24 174 nəfər
“Bakı Sığorta” - 22 965 nəfər
“Azərbaycan Sənaye Sığorta” -14 271 nəfər
“AxaMbaskSığorta” - 13 653 nəfər
“Xalq Sığorta” - 11 535 nəfər
“Standart Insurance” - 8 051 nəfər
“Qala Həyat Sığorta” - 7 165 nəfər
“AmrahSığorta” - 3226 nəfər
“Mega Sığorta” - 2170 nəfər
“Rəvan Sığorta” - 2114 nəfər
“Qala Sığorta” - 2 084 nəfər
“AzərSığorta” - 470 nəfər
“Atəşgah Sığorta” - 141 nəfər
”İpəkYoluSığorta” – 26 nəfər
Facebook səhifəsi az sayda bəyənilən sığorta şirkətləri ilə yanaşı ümumiyyətlə heç səhifəsi olmayan sığorta şirkətləri də var. Bu şirkətlər “Atəşgah Həyat Sığorta”, “Naxçıvan Sığorta” və“AzReTəkrarsığorta” şirkətləridir.
Facebookda ən çox izləyicisi olan sığorta şirkətləri – SİYAHI
14:42
9 İyul 2019