Fevralın 5-də ölkə ərazisində baş verən zəlzələ "sığorta hadisəsi"dir.
FED.az xəbər verir ki, bu barədə sığorta eksperti və sığorta mübahisələri üzrə mütəxəsis İlkin İbrahimov bildirib. «Əgər əvvəldən Daşınmaz Əmlakın icbari sığortası növü üzrə əmlakınızı sığortalamısızsa və bu zəlzələdən sizə ziyan dəymişsə sığorta müqaviləsindəki sığorta şirkətlərinə müraciət edin. Zərər çəkmiş hər kəsə bununla bağlı hər cür hüquqi yardım edə bilərik»-deyə sığorta mütəxəsisi bildirib.
Qeyd edək ki, zəlzələ, daşınmaz əmlakın həm icbari, həm də könüllü sığortasında sığorta hadisəsi sayılır.
Mənzillərin və evlərin icbari sığortası üçün illik sığorta haqqı Bakıda 50 manat, Sumqayıt, Gəncə və Naxçıvanda 40 manat, digər şəhər və rayonlarda isə 30 manat təşkil edir.
Hadisə baş verəcəyi təqdirdə, ödəniləcək sığorta məbləğinin maksimum həddi Bakıda 25 min manat, Gəncə Sumqayıt və Naxçıvanda 20 min manat, digər şəhər və rayonlarda isə 15 min manat təşkil edir.