Bu il noyabrın 16-da Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb.
Eləcə də bax: Döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə istinadən xəbər verir ki, bunu qurumun icraçı direktoru Elmar Mirsalayev bildirib.
"Həmin döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olub, 10 hərbi qulluqçu isə yaralanıb. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") birdəfəlik ödəniş həyata keçirib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçudan ödənişlə bağlı şirkətə hələ müraciət daxil olmayıb. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər", - deyə o qeyd edib.