Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin yanavar-noyabr ayları üzrə sığorta göstəricilərini açıqlayıb.
Ən çox sığorta ödənişi edən şirkətlər
FED.az MBNP-a istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr ayları üzrə ən çox ödəniş edən sığorta şirkətləri bunlardır: “Paşa Həyat” Sığorta ( 67 300 min manat), “Paşa Sığorta” (47 320 min manat ), “Atəşgah Sığorta” (18 482 min manat),”Atəşgah Həyat Sığorta” ( 14 275 min manat) və Azərsığorta DSKŞ (13 416 min manat).
Bu 5 şirkətin ümumi ödənişlərinin məbləği 160 min 793 manat və ya ümumi məbləğdə xüsusi çəkisi 71,74% olub.Bu sığorta şirkətlərindən “Paşa Həyat” Sığorta və “Paşa Sığorta” şirkətlərinin etdikləri ödənişin məbləği 114 mln 620 min manat və ya ümumi məbləğdə xüsusi çəkisi 51,14%-dir.
Ötən ilin eyni dövründə ən çox sığorta ödənişi edən 5 sığorta şirkəti: “Paşa Həyat” Sığorta ( 53 901 min manat),”Atəşgah Həyat Sığorta” ( 43 445 min manat), “Paşa Sığorta” (41 954 min manat) ,“Qala Həyat” Sığorta (16 154 min manat) və “Atəşgah Sığorta” (14 400 min manat) şirkətləri olub.
Bu 5 şirkətin ümumi ödənişlərinin məbləği 169 mln 854 min manat və ya ümumi məbləğdə xüsusi payı 73,57% olub.
Bu şirkətlərindən yalnız ikisinin “Paşa Sığorta” və “Paşa Həyat” Siğortanın ümumi ödənişlərinin məbləği 95 mln 855 min mant və ya ümumi məbləğdə xüsusi çəkisi 41,52% olub.
Başqa sözlə, bu il ilk 5 şirkət üzrə ödənişlərin ümumi miqdarı 1,83% azalıb. “Paşa Sığorta” və “Paşa Həyat” Siğortanın ödənişləri təqribən 10% artıb.
Eləcə də bax: Noyabrda sığorta şirkətlərinin bazar payı dəyişib - CƏDVƏL
Ən az sığorta ödənişi edən şirkətlər
Bu ilin yanvar-noyabr aylarında ən az sığorta ödənişi edən 5 sığorta şirkəti bunlar olub: “İpək Yolu Sığorta” (970,8 min manat) , “Rəvan Sığorta”(291,6 min manat) , “Bakı Sığorta”(191,1 min manat) , “Amrah Sığorta” (83,4 min manat) və “Naxçıvan Sığorta” (3,3 min manat). Bu 5 şirkətinin ümumi ödənişlərinin ümumi məbləği 1mln 540 min manat və ya ümumi məbləğdə xüsusi çəkisi 0,69% olub.
Ötən ilin müvafiq dövründə ən az sığorta ödənişi edən şirkətlər: “Rəvan Sığorta” (506 min manat) , “Qala Sığorta”(318,1 min manat) , “Bakı Sığorta” (263,7 min manat) , “Amrah Sığorta” (59,9 min manat) və “Naxçıvan Sığorta (8,2min manat) olub. Bu 5 şirkətin ümumi ödənişlərinin məbləği 1 mln 156 min manat və ya ümumi məbləğdə payı 0,50% təşkil edib.
Deməli, bu ilin yanvar-noyabr aylarında ən az sığorta ödənişi edən 5 sığorta şirkətnin payı ötən ilin eyni dövrünə nəzərən 0,19% artıb.