Bu ilin 9 ayında Azərbaycanda sığorta yığımları 1 milyard 23,7 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən yığımları ən yüksək olan şirkətlər 462,2 milyon manatla "Paşa Həyat Sığorta" və 247,3 milyon manatla "Paşa Sığorta" şirkətləri olub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin yığımları 639,9 milyon manatı keçib.
"Qala Sığorta"nın yığımları isə 61,4 milyon manata çatıb.
“Atəşgah” Sığorta Şirkəti isə 9 ayda 49 milyon manata yaxın sığorta haqqı toplayıb.
"Meqa Sığorta"nın yığmları isə 27,4 milyon manata çatıb.
Hesabat dövrünün nəticələrinə əsasən ən zəif yığımlar 1,5 milyon manatla "Bakı Sığorta"da olub.