“Əmrah Sığorta” ASC yarım ili zərərlə başa vurub. FED.az “Əmrah Sığorta”nın 2018-ci ilin 2-ci rübü üzrə “Mənfəət və Zərər” hesabatına əsasən bildirir ki, şirkətin əsas əməliyyat gəlirləri 145,9 min manat olub və bu məbləğ birbaşa sığorta üzrə sığorta yığımlarından əldə olunub.
Xalis sığorta ehtiyatlarının dəyişməsi mənfi istiqamətdə olub və bu məbləğ 453,3 min manat təşkil edib. Sonda cəmi gəlirlər141,9 min manat olub. Xərclərə gəldikdə isə əsas əməliyyat xərcləri 29,4 min manat və bunun da 92,38%-i sığorta ödənişlərini payına düşür. Təkcə işlərin aparılması xərclərinin cəmi xərclərdə payı 89,01%-dir. Cəmi xərclər 281,4 min manat olub.
Nəticədə “Əmrah Sığorta” ilin ilk yarısını 139,5 min zərərlə başa vurub. Qeyd edək ki, şirkət 2017-ci ilin yekununda 496 min manat mənfəət əldə etmişdi.
FED.az “Əmrah Sığorta” nın “Balans” hesabatına istinadən xəbər verir ki, cəmi aktivlər ilin əvvəlinə nəzərən 11,15% azalaraq 5 mln 983 min manat, cəmi kapital isə 11,9% azalaraq 5 mln 257 min manata enib.
Xatırladaq ki, şirkətin nizamnamə kapitalı 5 mln manatdır.