Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə ödənişlər 27 milyon 597 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 26 milyon 414 min manat və ya 23,3 dəfə çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 1 milyon 183 min manat təşkil edib.