Azərbaycanda 2026-cı ilin yanvar ayı ərzində əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yanvar ayı ərzində bu növ sığorta üzrə yığımlar 7 milyon 581 min manat təşkil edib.
Bu da əvvəlki ilin yanvarına nisbətən 979 min manat və ya 11% azdır. Xatırladaq ki, həmin vaxt əmlakın sığortası üzrə 8 milyon 560 min manat sığorta haqqı toplanmışdı.
Bu növ sığorta üzrə ödənişlər isə cüzi olaraq qalır. Belə ki, yanvar ayında əmların yanğınvə digər risklərdən sığortası üzrə ödənişlər cəmi 81 min manat olub. Bu ümumi yığımların cəmi 1%-dir.
Ötən illə müqayisədə ödənişlər 25 min manat və ya 24% azalıb. Xatırladaq ki, ötən ilin yanvarında bu sığorta üzrə cəmi 106 min manat sığorta ödənişi edilmişdi.
Nəticədə ötən il bu sığortada zərərlilik 1,2% olduğu halda, 2026-nınyanvarında cəmi 1,1 faiz olub.













