Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr ayları ərzində əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 69 milyon 105 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 745 min manat və ya 14,5% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 60 milyon 360 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 2 milyon 518 min manat təşkil edib ki, bu da illik müqayisədə 454 min manat və ya 15,3% azdır. Ötən ilin eyni dövründə 2 milyon 972 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 3,6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1,3 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 4,9% təşkil edib.












