Əmlakın yanğından və digər risklərdən könüllü sığortası üzrə yığımlar artsa da, ödənişlərdə ciddi azalma qeydə alınıb.
FED.az Mərkəzi Banka istinadən bildirir ki, 2025-ci ilin yanvar-avqust aylarında bu növ üzrə 54 milyon 645 min manat sığorta haqqı toplanılıb. Bu da 2024-cü il ilə müqayisədə 7 milyon 262 min manat (15.3%) çoxdur.
Bu dövrdə sığorta ödənişləri isə 744 min manat (29.1%) azalaraq 2 milyon 560 min manatdan 1 milyon 816 min manata enib.
Nəticədə, bu sığorta növünün zərərliliyi 2.1 faiz bəndi azalaraq 5.4%-dən 3.3%-ə düşüb.