Azərbaycanda əmək qabiliyyətinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 705 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 8 min manat və ya 2,4 dəfə çoxdur.
2023-ci ilin yanvar-may aylarında bu göstərici 697 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 45 min manat təşkil edib ki, bu da illik müqayisədə 37 min manat və ya 5,6 dəfə çoxdur.
Əvvəlki ilin eyni dövründə 8 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 3% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 1% təşkil edib.