Xəbər verdiyimiz kimi, Dövlət Əmək müfəttişliyi «Xəzər Sığorta Agentliyi» MMC-yə siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib edib.
Əmək müqavilələrinə xitam verilərkən işçilərə - HANSI TƏMİNATLAR VERİLİR?
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (işçini müqaviləsiz işlətmək barədədir) ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.
İş Bakı şəhər Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun icraatındadır
Qeyd edək ki, «Xəzər Sığorta Agentliyi» 23.12.2015-ci ildə dövlət qeydiyyatına alınıb. Agentliyin nizamnamə kapitalı 500 manatdır, Qanuni təmsilçisi Xəyyam Hətəmov Şirin oğludur.
Bununla yanaşı, cərimə olunan tərəf - «Xəzər Sığorta Agentliyi» cərimə iddiasını ilə qəti razı deyillər və Əmək Müfəttişliyi əməkdaşlarının hərəkətindən şikayətçidirlər. «Xəzər Sığorta Agentliyi»ndən FED.az-a daxil olan məlumatda bildirilir ki,
Müfəttiişliyin şirkəti cərimə etməsi tamamilə əsassızdır və məhz bu hərəkətlər səbəbindən «Xəzər Sığorta Agentliyi» işsizlər üçün başladığı proqramı dayandırmalı olub.
Açıqlamada deyilir:
«Bildirmək istəyirik ki, 24.10.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Xəzər Sığorta Agentliyi” MMC arasında imzalanmış birgə fəaliyyət müqaviləsinə uyğun olaraq, 12.12.2022-ci il tarixində 13 nəfər işsiz vətəndaşın iştirakı ilə “Sığorta Agenti” peşə hazırlığı kursu təşkil edilmişdir. Təlimin başlaması üçün minimum 10 iştirakçı tələbi olduğu üçün 24 oktyabrda imzalanmış təlim üzrə bütün proseslərlər dekabr ayında tamamlanmış və 12 dekabrda təlim rəsmi olaraq başlamışdır. Təlim nəticəsində 4 təlim iştirakçısı Şirkətimizdə iş ilə təmin olunmuşdur.
30 oktyabr 2022 ci il tarixində kurs üçün müraciət edən işsiz şəxs Orxan Qulamlı istehsalat təcrübəsində iştirak etmək istəməmiş və 4 gün iştirak etmədiyi üçün təlimdən uzaqlaşdırılmışdır. Bu nəticədən sonra işsiz vətəndaş müfəttişliyə onu işlətdiyimizi və əmək haqqını vermədiyimizi iddia etmişdir. Müfəttişliyə, həmin şəxsin 6 saat təlimdə olduğunu, 2 aylıq təlim bitdikdən sonra sığorta agentindən əlavə şirkətimizdə reklam və marketinq sahəsində işləmək istədiyini, könüllü olaraq yolda gördüyü qəzalı maşınların videosunu, evinin önündəki parkda və ya küçədə telefonu ilə keçirtdiyi intervyuları heç bir qarşılıq gözləmədən şirkətimizin teleqram adresinə göndərdiyi bildirilmişdir. Təlimdən uzaqlaşdırıldığı üçün təlimin müəllimi həm də şirkətin rəhbəri olan şəxsi könüllü göndərdiyi videolara görə 29 800 AZN istəyərək şantaj etmiş və 1 saat vaxt vermişdir. Əks halda şər ataraq bütün qurumlara göndərəcəyini bildirmişdir. İstədiyini əldə edə bilmədiyi üçün Şirkətdən oğurladığı flaşkarta yüklədiyi şirkətin məlumatlarını Dövlət Vergi Xidmətinə, Mərkəzi Banka, Əmək müfəttişliyinə əsassız şikayət məktubları göndərmişdir.
Vergi Xidməti opertaiv yoxlama keçirtmiş şikayət əsassız olduğunu görmüşdür. Rəhbərimiz Mərkəzi Banka dəvət olunmuş, təlim sənədlərini və şikayətçinin jurnalda davamiyyət imzalarını araşdırmış Nizamnaməmizə uyğun olaraq fəaliyyət göstərdiyimiz qənaətinə gəlmişdir.
Təssüflər olsun ki, Əmək Müfəttişliyinin məmurları Taleh bəy və İlqar bəy naməlum səbələrdən sahibkara qərəzli şəkildə yanaşmışdır. Zərfə qoyulmadan açıq şəkildə kuryer vasitəsi ilə göndərilən məktubda Şirkətin rəhbərliyi idarəyə dəvət olunub. Daxili etibarnamə ilə şirkətin Baş mühasibi görüşə gedib. Lakin Taleh bəy və İlqar bəy rəhbərin özü və ya notarus təsdiqli etibarnamə ilə nümayəndəsini qəbul edəcəklərini bildirilmişdir. Hətta “Məhkəməyə hansı sənədlərlə gedirsiz burada o sənədlərlə gəlin” deyildi. Vəziyyəti izzah etməyə çalışsaqda absurd fikirlər ilə qarşılıq verilmişdir.
- İlqar bəyin səsləndirdiyi absurd suallar.
1. Təlimə gələnin başına lüstur düşsə kim məsluliyyət daşıyır? Ona görə Siz hər cv verəni 1 həftə, 10 gün sınaq müddəti ilə işə götürməlisiz!
Deməli başa düşə bilmədi ki biz Peşə Təlimi üçün işsiz vətəndaşları çağırırıq, təlim bitdikdən sonra imtahanı müvəffəqiyyətlə keçənlər işə götürüləcək.
2. Siz hansı haqla təlim keçirisiz? Vətəndaşı çağırmısız işə götürməlisiz. Təlim 12 dekabrda başlayıb. Siz adamı 30 oktyabrdan adamı işlədirsiz.
İzah edə bilmədik ki, təlim keçirilməsi haqqında 24 oktyabrdan müqavilə imzalanıb, elan verilib, Orxan Qulamlı 30 oktyabrda CV ilə müraciət edib, 5 noyabr vöenini bağlatdırıb, sənədlərini noyabr ayında təqdim edib və Məşğulluq tərəfindən işaxtarandan işsiz statusuna keçirilməsi və təlimə göndəriş verilməsi üçün Nazirlik daxili yoxlamalardan keçib. Bu müddət ərzində maraqlanmaq üçün ofisə gəlib gedib və təlim təşkilatçıları ilə səmimi olaraq gələcək planlar haqqında yazışıb.
3.Peşə Təlimi tərəfindən olan bütün sənədlərin əslini gətirin, kopya sənəd qəbul etmirik. Müfəttişliyin Məşğulluğa sorğu göndərmək ixtiyarı yoxdur.
Halbu ki, eyni sistemi istifadə edirlər və Məşğulluqdan bizə verilən məlumata əsasən Müfəttişlik sorğu göndərməli və onlara göndərilən kod vasitəsi ilə eyni Nazirlik olduğu üçün ümumi hovuzda olan sənədlərə limitsiz baxa bilərlər.
4. Adamı 1 saatda işlətsəz pulunu verməlisiz. Niyə vermirsiz?
Başa sala bilmədik ki, Təlimdən uzaqlaşdırılmağına baxmayaraq, müəllimini təhqir və şantaj etməyinə baxmayaraq gəldiyi ilk ay üçün təqaüdü dövlət tərəfindən kartına 311 AZN ödənilib.
Bizim suallarımız isə cavabsız qaldı:
- İş saatı 8 saat, təlim isə 6 saatdır, geri qalan 2 saatda 1 ay ərzində 29 800 AZN dəyərində əməyi olan insan nə üçün işsizlər üçün olan 300 AZN təqaüdlü təlimə gəlir? Hətta təlim üçün aktiv fiziki şəxs vöenini bağlatdırır?
Orxan Qulamlını hansı təhsilinə və iş təcrübəsinə əsasən işə götürməli və maaş verməli idik?
Görüş günü ofisə yenə açıq məktub gəlmiş və (Baş mühasib şirkət daxili etibarnamə ilə getdiyi halda) görüşə gəlmədiyimiz bildirilmiş, 28.02.2023 tarixində protokol qərarı üçün görüşə yenidən rəhbər çağırılmışdır. Bu tarixdə direktor bütün sübut edici sənədlər ilə Müfəttişlik idarəsinə yaxınlaşmış, girişdə olan polis və yanında qəbul edən şəxs sənədlərə baxaraq bu işə baxan əməkdaşın Taleh bəy olduğunu və bu gün “DOST Agentliyində” olduğunu, başqa vaxt gəlməsini bildirmişdir. Direktor öz nömrəsini yazıb ordaki əməkdaşa vermiş, Taleh bəy gəldikdə əlaqə saxlamasını, görüş üçün vaxt təyin etməsini bildirmişdir. Həmin gün ofisə “ görüşə gəlmədi və direktora vəzifəli şəxs kimi 4 000 AZN cərimə yazılan Protokol” göndərilib. Səbəbini zəng edib soruşduqda Taleh bəy “mən yoxam, qalxıb rəisnən görüşər, rəhbərimi tapardınız” deyib, hələ 20 000 AZN hüquqi şəxsin də cərimələnməsi üçün Nəsimi Məhkəməsinə işin göndərildiyini bildirmişdir.
Araşdırılmadan vəzifəli şəxsə yazılan cəriməni ləğv etdirmək üçün məhkəməyə müraciət etməli və əlavə vəkil xərcləri çəkməli, külli miqdarda vaxt itirməliyik. Press-Relizdə haqqımızda yazılan yazılar ilə Şirkətin reputasiyasına vurulan zərərin isə dəyəri yoxdur. Respublikanın, Cənab Prezidentin sahibkarlara dəstək olduğu vaxtda yeni yaradılmış mikro sahibkara bu qərəzli tutumun səbəbi nədir?
Müfəttişliyin məmurlarının özbaşnalığı səbəbindən işsiz vətəndaşlar üçün keçirilməsi nəzərdə tutulan sosial lahiyələr olan “IT Help Desk” və “Mühasib” kursları tərəfimizdən ləğv edilib. İşsiz insanların maarifləndirilməsi və işə götürülməsi prosesi Taleh bəy və İlqar bəy tərəfindən baltalanmışdır.
Maili oxuyan hər bir qurumun nümayəndəsindən xahiş edirik, iş ilə tanış olub səlahiyyəti çərçivəsində,
- təhsili və iş təcrübəsi iddia etdiyi Reklam və marketinq sahəsinə uyğun olmayan, könüllü göndərdiyi məlumatlar üçün sonradan şantaj ilə külli miqdarda pul tələb edən, əsassız varlanmaq niyyəti ilə dələduzluq edən Orxan Qulamlının haqsız şikayətləri,
-iş yeri qurub, təlim keçirib, işə vətəndaşları cəlb edərək işsizliyin qarşısının alınmasından başqa niyyəti olmayan Xəzər Sığorta Agentliyinə qəsdən Müfəttişlik məmurlarının şübhəli, qərəzli yanaşması və yazılan cərimə haqqında araşdırma aparsın.
Əlavə olaraq bildirmək istəyirik ki, Orxan Qulamlı ofisdən fiziki məlumat daşıyıcını və şirkətin komputerindən məlumatları oğurladığı, Şirkət rəhbərinin telefon vasitəsi ilə nəlayiq sözlər ilə təhqir etdiyi, şantaj vasitəsi ilə pul tələb etdiyi üçün Nərimanov rayon ərazisi üzrə 18 ci polis bölməsinə 23 yanvar 2023 cü il də ərizə ilə müraciət olunmuşdur. Lakin hələ də heç bir nəticə yoxdur».