Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Eləcə də bax: Elman Rüstəmov: “Banklara əmanət qoyuluşuna dair yeniliklər olacaq”
FED.az xəbər verir ki, qanuna dəyişikliklə fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması təklif olunur.
Bu müddəa 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək.
Həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra II oxunuşda qəbul edilib.