Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank “BTB” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a müvafiq olaraq Bank “BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilmiş, bankın T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi prosesi tamamlanmışdır.
FED.az xəbər verir ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Bank “BTB” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılmış və banka verilmiş şəhadətnamə ləğv edilmişdir.
Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 5 avqust 2026-cı il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
|
|
Reyestrə daxil olma tarixi |
Bankın adı |
|
1 |
30.07.07 |
ASC "XALQ" BANKI |
|
2 |
30.07.07 |
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC |
|
3 |
30.07.07 |
“ACCESSBANK” QSC |
|
4 |
30.07.07 |
BANK MELLİ İRAN BAKI FİLİALI |
|
5 |
30.07.07 |
"AZƏR-TÜRK BANK" ASC |
|
6 |
30.07.07 |
"BANK OF BAKU" ASC |
|
7 |
30.07.07 |
"BANK RESPUBLİKA" ASC |
|
8 |
30.07.07 |
"KAPİTAL BANK" ASC |
|
9 |
30.07.07 |
"YELO BANK" ASC |
|
10 |
30.07.07 |
"RABİTƏBANK" ASC |
|
11 |
30.07.07 |
"TURANBANK" ASC |
|
12 |
30.07.07 |
"UNİBANK KOMMERSİYA BANKI" ASC |
|
13 |
30.07.07 |
"YAPI KREDİ BANK AZƏRBAYCAN" QSC |
|
14 |
07.08.07 |
"EXPRESSBANK" ASC |
|
15 |
10.09.07 |
"AZƏRBAYCAN SƏNAYE BANKI" ASC |
|
16 |
04.12.07 |
"BANK AVRASİYA" ASC |
|
17 |
04.12.07 |
"PAŞA BANK" ASC |
|
18 |
16.01.09 |
"AFB BANK" ASC |
|
19 |
26.02.09 |
"BANK VTB (AZƏRBAYCAN)" ASC |
|
20 |
28.04.09 |
"PREMİUM BANK" ASC |
|
21 |
15.05.15 |
"ZİRAAT BANK AZƏRBAYCAN" ASC |














