Bildiyimiz kimi, sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər davam etməkdədir.
FED.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun kollektivi işğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna yardım məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək göstərib.
Əmanətlərin Sığortalanması Fondunun əməkdaşları tərəfindən fonda könüllü olaraq qida, geyim və digər vacib ləvazimatlar ilə yardım göstərilib.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
Qarabağ Azərbaycandır!