Bu gün Bakıda Turan Dövlətləri II İnşaatçılar və Əmlakçılar Forumu keçirilir.
Sığortaçı: "Türkiyədəki kimi zəlzələ Bakıda olarsa, ölkəyə 50 milyard dollarlıq zərər dəyə bilər"
FED.az xəbər verir ki, forumda iştirak edən Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru və Türk dünyası sığorta birliyinin həmtəsisçisi Elmar Mirsalayev Azərbaycanda sığorta əhəmiyyəti haqqında məlumat verib.
O öz çıxışında bildirib ki, baş verən təbii fəlakətlər, yanğın və sel kimi xoşagəlməz hadisələr əmlak sığortasının vacibliyini bir daha vurğulayır. 2024-cü il ərzində daşınmaz əmlakın icbari sığortası bazarı 4,4 milyon manat böyüyüb və baş vermiş hadisələrə görə əmlak sahiblərinə 2,2 milyon manat sığorta ödənişi olunub".