"Bu il sığorta bazarında əhəmiyyətli canlanma olmasına çalışacağıq".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, xəbər verir ki, bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səs verən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, əsas məqsəd həm əhalinin, həm də biznesin risklərinin sığortalanmasını əhatə etməkdir: “Bu da sığorta bazarının genişlənməsinə, risklərin azalmasına gətirib çıxardacaq. Dövlətin qoyduğu əsas şərt budur ki, sığorta şirkətləri problemlərini özləri həll etsin və dövlətin üzərinə yükləməsin. Hələ ki, sığorta şirkətlərində qiymətləndirmələrə başlamamışıq, yaxın vaxtlarda başlayacağıq. Ümumilikdə, sığorta sahəsində sabitlikdir. Ola bilər ki, nöqtəvi problemlər olsun, lakin ciddi problem hiss etməmişik”.
Eləcə də bax: 14 sığorta şirkəti artırıb, 8-də geriləmə var – SİYAHI, MƏBLƏĞLƏR
Eləcə də bax: Sığorta yığımlarına görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-DEKABR, 2019)