FED.az biznes-maliyyə portalı “AtaSığorta” ASC ilə birgə “Filiallarımızı Tanıdaq” adlı uzunmüddətli layihəsini uğurla davam etdirir.
Layihənin növbəti müsahibi “AtaSığorta” ASC-nin “Paytaxt” filialının direktoru Əli Vəliyev olacaq.
Hörmətli Əli müəllim, özünüz haqqında qısa məlumat vermənizi xahiş edirik . (təhsil və iş təcrübəsi)
Hamınızı salamlayıram və FED.az saytının rəhbərliyinə və bu lahiyənin təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Mən 1987-ci ildə M.F.Axundov adına APRDƏİ fərqlənmə diplomu ilə bitirmişəm. 1987-1990-cı illərdə Zərdab rayonu Məlikumudlu kənd orta məktəbində müəllim işləmişəm. 1990-cı ildən etibarən sığorta sistemində işləyirəm. Belə ki, 1990-cı ildən 1993-cü ilə kimi “Azərsığorta” ASC Binəqədi rayon agentliyində sığorta agenti vəzifəsidə işləmişəm. 1993-1995-ci illər “Qayğı Sığorta”ASC Binəqədi rayon agentliyinin direktoru, 1995-2002-ci illərdə “Qayğı Sığorta” ASC-nin baş direktoru, 2002-2005-ci illərdə “Abşeron Sığorta” ASC-nin baş direktoru, 2006-2011-ci illərdə “Fidansığorta” ASC İdarə Heyətinin sədr müavini, 2012-2015-ci illərdə “Sənaye Sığorta” ASC-nin “Bakı” nümayəndəliyinin rəhbəri, 2016-cı ildə “Standart Insurance” ASC-nin “Bakı” filialının müdiri vəzifələrində işləmişəm. 2017-ci ildən “Atasığorta” ASC-nin “Paytaxt” filialının direktoru vəzifəsində işləyirəm. “Sığorta fəaliyyəti haqqında” qanuna müvafiq olaraq 2008-ci ildən Sığorta agenti kimi müddətsiz lisenziyam var. Sığortaçının rəhbər işçilərinə qoyulan tələblərə əsasən attestasiyadan keçmişəm.
“Paytaxt” filialı nə vaxdan fəaliyyət göstərir və müştərilərə daha çox hansı məhsullar təqdim edilir?
-“Paytaxt” filaialı 2017-ci ildən fəaliyyət göstərir. Filialda 5 nəfər ştat işçisi var. Biz filial olaraq respublikada sığorta bazarındakı vəziyyəti daim müzakirə edir və işlərimizi buna uyğun qururuq. Biz sığorta fəaliyyətində olan dəyişiklikləri, yeni qayda və qanunları birlikdə müzakirə edərək işimizə tətbiq edirik. “AtaSığorta” ASC 26 könüllü və 4 icbarı sığorta növü üzrə müştərilərə xidmət göstərir. “Paytaxt” filialı əsasən nəqliyyat vasitələrinin kasko sığortası, səfər sığortası, əmlak sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yük sığortası, tibbi sığorta, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası növləri üzrə məhsullar təqdim edir.
Əhali tərəfindən hansı sığorta məhsuluna üstünlük verilir, yəni müştəriləriniz nümayəndəliyinizə daha çox hansı məhsulla bağlı müraciət edir?
-Biz “AtaSığorta” ailəsi olaraq müştəri məmnunluğunu daim ön plana çəkirik. Müştərilərə keyfiyyətli xidmət göstərmək filialın əsas iş prinsipidir. Filial olaraq müştərilərə “AtaSığorta” ASC-nin xidmət göstərdiyi bütün sığorta növlərini təqdim edirik. Ancaq müştərilər əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, nəqliyyat vasitəsinin kasko sığortası, səfər sığortası, daşınmaz əmlakın icbari sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, əmlak sığortası, yük sığortası və s. kimi sığorta növlərindən daha çox istifadə edirlər. Biz könüllü sığortalardan hər bir məhsulun bir neçə növünü müştəriyə təqdim edirik. Məsələn, müştərinin nəqliyyat vasitələrinin kasko sığortası üzrə Avtodost, Məsləhətli Kasko, Petrollu Kasko və s. sığorta məhsulunu seçmək imkanı vardır. İşçilərimiz müştərilərə istədikləri hər bir sığorta məhsulu haqqında geniş məlumat verir, onları maraqlandıran sualları izah edir və onlara sığorta məhsulu seçməkdə yardım edirlər.
Əmlakın icbari sığortası ilə bağlı əhali arasında hansı təbliğat-təşviqat işləri görülür? Ümumiyyətlə, bu sığorta növü üzrə yığımların artırılması istiqamətində filial tərəfindən hansı addımlar atılır?
-Respublikamızda daşınmaz əmlakın icbari sığortası daha çox inkişaf etməlidir. Çünki son illər baş verən təbii fəlakətlər, yanğınlar hüquqi və fiziki şəxslərin əmlakına böyük zərərlər vurur və onlar bu zərərin ödənilməsini dövlətdən istəyirlər. Dəymiş zərərin isə dövlət tərəfindən tam ödənilməsi mümkün deyil. Bilirsiniz ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta olunmayanlar müvafiq qaydada cərimələnirlər. Bu növdən isə sığorta olunmayanların cərimə olunması mexanizmi yoxdur. Keçən il elan olundu ki, əmlakı sığorta olunmayanlar müvafiq qaydada cərimələnəcəklər. Buna görə də 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar, fevral aylarında bu sığorta növü sürətlə inkişaf etməyə başladı. Ancaq mart ayında elan etdilər ki, bu növə görə cərimə tətbiq olunmayacaq və bu növün aparılması yenidən aşağı düşdü.
“Paytaxt” filialı olaraq daşınmaz əmlakın icbari sığortasının inkişaf etdirilməsi üçün yerli bələdiyyələrlə, təşkilatlarla görüşlər keçiririk. Bütün müştərilərimizə zənglər edirik, onlara əmlakın sığorta olunması haqqında smslər göndəririk. Müştərilərə bu sığorta növünün üstünlüklərini izah etməyə çalışırıq. Bu növdən reklam xarakterli bukletlər paylayırıq, binaların girişlərində elan löhvələrində bu növdən məlumat xarakterli şəkillər asırıq. Çalışırıq ki, bu sığorta növünü də digər sığorta növləri kimi inkişaf etdirək.