“Meqa Sığorta” ASC-nin İdarə Heyətində dəyişiklik baş verib.
FED.az xəbər verir ki, Eldar Abbaszadə Rafail oğlu sığorta şirkətində İdarə Heyətinin sədr müavini vəzifəsini tərk edib.
Onu da qeyd edək ki, mayın 8-də “Meqa Sığorta”nın Direktorlar Şurasının yığıncağı keçirilib. Uğur İbrahimli “Meqa Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, “Meqa Sığorta” ASC 2010-cu ildə təsis edilmiş və 7 fiziki şəxsə məxsusdur (Rauf Əliyev 19%, Nəzakət İsmayılova 19%, Zaur Quliyev 19%, Yaşar Qurbanov 14%, Zeynal Əliyev 10%, Faiz Şahəliyev 10%, Yaşar Əliyev 9%).