Son günlərdə yaşanan ekstremal hava şəraiti səbəbindən zərər çəkmiş avtomobillərin sayında artım müşahidə olunur.
FED.az xəbər verir ki, “Atəşgah” Sığorta Şirkətinin Zərərlərin Tənzimləməsi İdarəsinin rəisi Fuad Axundov məsələ ilə bağlı açıqlama verib:
“Hava şəraitinin pisləşməsi sığorta hadisələrinin sayına birbaşa təsir göstərir. Bu gözlənilməzdir və bütövlükdə dünyada iqlim dəyişikliyi səbəbindən ekstremal hava şəraitinin törətdiyi hadisələrin sayı artır. Ekstremal hava şəraiti faktiki olaraq bütün sahələrə təsir göstərə bilir ki, bu da öz növbəsində zərər, itki və xərclərin artmasına gətirib çıxarır. Belə vəziyyətlərdə sığorta bədbəxt hadisələrin və təbii fəlakətlərin qarşısını almasa belə, maliyyə cəhətdən dəyən zərərlərin aradan qaldırılmasına yardım edir, maddi sıxıntıları azaldır. Sığorta xidməti əhalini etibarlı maliyyə müdafiəsi ilə təmin edir, ayrı-ayrı fərdlərin, təşkilatların əmlaklarına dəyən zərərin, maliyyə itkilərinin ödənilməsi ilə kömək edir.”
Yalnız bir küləkli gün ərzində kasko sığortası üzrə sığorta hadisəsi ilə bağlı 4 müraciətin olmasını qeyd edən “Atəşgah” Sığorta Şirkəti hər kəsə “kaskosuz şəxs qalmasın, zamanında kaskolanın”! deyə səslənir. Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkətində hazırda kasko sığortası üzrə Mazda, Subaru, Mitsubishi və Honda markalı avtomobillərə xüsusi hədiyyəli aksiya təklif edir. 2019, 2020 və 2021-ci il buraxılışlı avtomobillərə şamil olunan bu aksiya sığorta bazarında ən aşağı 2.5% tariflə sığortalanmaq imkanı verir. Üstəlik sığortalanan hər şəxsi xüsusi hədiyyə gözləyir. Bununla da bitmədi! Sığortalanan şəxslər arasından təsadüfi seçim yolu ilə təyin olunmuş bir nəfər isə rayonlarımızın birinə 2 günlük istirahət kuponu əldə edəcəkdir. Aksiyadan yararlanmağa tələsin! Kaskosuz şəxs qalmasın!