İcbari Sığorta Haqqında qanun sonuncu dəfə 2011-ci ildə yenilənib və həmin vaxtdan bəri nə sığorta haqqı, nə də ödənilən maksimum məbləğ dəyişdirilməyib.
Azərbaycanda birgünlük icbari avtosığorta mümkündürmü? - ARAŞDIRMA
FED.az xəbər verir ki, hazırkı qanunvericiliyə əsasən, bir qəza üzrə dəymiş zərər üçün sürücüyə ödəniləcək ən yüksək məbləğ 5 min manatdır. Lakin, avtomobil bazarında bahalaşma, ehtiyat hissələrinin və ustaların əmək haqqı xərclərinin artması bu rəqəmi faktiki olaraq real vəziyyətdən çox geridə qoyub.
Mütəxəssislər bildirirlər ki, hazırkı vəziyyətdə qəzaların böyük hissəsində zərərin əhəmiyyətli qismi sürücülərin üzərində qalır. Xüsusilə yeni və bahalı avtomobillərdə sadəcə bir neçə detalın dəyişməsi 7-10 min manatı keçə bilir. Bu isə qanundakı limitin real bazar dəyəri ilə uyğun gəlmədiyini göstərir.
Ekspert onu da tövsiyə edir ki, sürücülər imkan daxilində kasko sığortasına da diqqət ayırsınlar. Bu növ sığorta yalnız qarşı tərəfə deyil, sürücünün öz avtomobilinə dəyən zərəri də qarşılaya bilir. Sığorta limitlərinin artırılması ilə bağlı rəsmi dəyişiklik hələ gündəmdə olmasa da, mütəxəssislər bunun müzakirəyə çıxarılmasının vacib olduğunu bildirirlər.












