Almaniyanın «Munich Re» şirkəti dünyanın 50 ən böyük təkrar sığorta şirkətinin illik reytinqində 1-ci yerə çıxıb. FED.az xəbər verir ki, alman şirkətinin yığımları 37,82 milyard dollar olub. Müqayisə üçün bildirək ki. Bu, Azərbaycanın dövlət büdcəsindən 4 dəfə artıqdır.
«Munich Re» ilə birlikdə İsveçrənin «Swiss Re» şirkəti (34,77 milyard dollar) digər rəqiblərini böyük fərqlə qabaqlayırlar.
Siyahıda 3-cü yeri tutan «Berkshire Hathaway Inc» şirkəti isə əvvəlki reytinqə nisbətən 2 pillə irəliləyərək «Hannover Ruck SE» və «SCOR SE»ni aşağya sıxışdırıb.
Uorren Baffetin şirkəti bu irəliləyişə «American International Group Inc» şirkəti ilə 10 milyard dollarlıq təkrarsığorta müqaviləsi bağlamaqla nail olub.
Qeyd edək ki, Azərbaycanda yalnız bir təkrarsığorta şirkəti - AzRe fəaliyyət göstərir.
Dünyanın ən böyük təkrar sığorta şirkətləri – SİYAHI
23:59
11 Sen 2018