Azərbaycanın ən iri sığorta şirkətlərindən olan “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti son bir il ərzində yığımlarının həcmini artırıb.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta şirkətləri üzrə açıqladığı hesabata əsasən, Dövlət Sığorta Kommersiya Şirkətinin peşəkar satış komandası tərəfindən cari ilin yanvar-mart aylarında sığorta portfeli daha da genişlənərək 38,088 mln. manata çatdırılıb. İllik müqayisədə yığımların həcmində 2,340 mln. manat və ya 6,55% artım qeydə alınıb.
Qeyd edək ki, cari ilin birinci rübündə yığımların həcminə görə “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk üçlükdə qərarlaşıb.