Azərbaycan sığorta bazarının ən iri şirkətlərindən olan “AzərSığorta” Dövlət Sığorta Kommersiya şirkəti bazardakı mövqeyini daha da gücləndirir.
FED.az Azərbaycan Mərkəzi Bankın (AMB) cari ilin yanvar-sentyabr ayları üzrə açılqadığı rəsmi hesabatına istinadən xəbər verir ki, Dövlət Sığorta Şirkətinin toplam yığımları son bir il ərzində 4,675 mln. manat və ya 10,5% artaraq 49,037 mln. manata çatıb.
Bu dövr ərzində şirkətin sığorta ödənişləri 5,883 mln. manat və ya 51,8% artaraq 17,237 mln. manat təşkil edib.
Qeyd edək ki, sığorta bazarının lokamativlərindən hesab olunan “Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkəti” ölkədə uğurlu fəaliyyəti ilə seçilən ilk beşliyə daxildir. Şirkət təkrarsığorta sahəsində dünyanın tanınmış şirkətləri ilə (“AİG”, “LukOil insurance,” “MinehRe”, “MBASK”, “Tokio Marine”, “Merkurey Assistance”, ”Tokio Marine”) yaxından əməkdaşlıq edir.