"Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətinin filial direktoru vətəndaş mənafelərinə qarşı zidd mövqe tutduğuna görə cəzalandırılıb.
FED.az xəbər verir ki, 16.10.2020-ci il tarixində Şirkətin Masallı rayon filialının direktoru Böyükağa Əlağa oğlu Maliyevə vətəndaş Rüfət Əlican oğlu Məmmədov barəsində həqiqətə uyğun olmayan məlumatlar veridyinə və çaşqınlıq yaratdığına görə töhmət verilib.
Xatırladaq ki, 02.12.2017-ci il tarixində Rüfət Əlican oğlu Məmmədovun sahibliyində olan Masallı rayonu, Ərkivan qəsəbəsi ünvanında yerləşən 80.5 kv.m sahədən ibarət fərdi yaşayış evi yanğın hadisəsi nəticəsində məhv olub.
Şirkətin Masallı rayon filialının direktoru Böyükağa Əlağa oğlu Maliyev sığorta ödənişinin verilməsi əvəzinə və sığorta sahəsində ajiotaj yaradaraq narazılıq formalaşdırıb.
mübahise.com