Son bir il əzrində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri sırasında müştərisinə ən çox sığorta ödənişi edən şirkət “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti olub.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sığorta şirkətləri üzrə açıqladığı hesabata əsasən, cari ilin yanvar-mart aylarında Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta hadisələri nəticəsində zərərçəkmiş müştərilərə 28,165 mln. manat həcmində sığorta ödənişi edilib.
Aparılan araşdırma nəticəsində məlum olub ki, 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə şirkətin sığorta ödənişlərinin həcmi 24,162 mln. manat və ya 7 dəfə artıb.
Bu artım dinamikasına görə Dövlət Sığorta Şirkəti ölkənin lider şirkəti hesab olunur.