Azərbaycanın sığorta bazarının aparıcı və etibarlı sığorta şirkətlərindən olan “AtaSığorta” ASC daha bir tenderin qalibi olub.
FED.az xəbər verir ki, Azərbaycan Respubikası Dövlət Neft Fondu tərəfindən əməkdaşlar üçün könüllü tibbi sığorta xidmətlərinin satın alınmasına dair tenderin qalibi AtaSığorta şirkəti seçilib və şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb.
“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verərək 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.