"Dövlət İmtahan Mərkəzi" Publik Hüquqi Şəxsi (VÖEN – 1304673921) açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti könüllü tibbi sığorta xidmətinin satın alınmasıdır. Sığorta xidməti ümumilikdə 820 nəfəri – 340 işçi və 480 ailə üzvünü (o cümlədən 430 kişi, 390 qadın və 24 nəfər 3 yaşa qədər uşağı) əhatə edəcək.
Ehtimal olunan qiymət 334 min 833 manat 33 qəpik təşkil edir.
Müsabiqə 3 dekabr 2025-ci il, saat 14:20-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 16 dekabr 2025-ci il, saat 17:00, zərflərin açılışı isə həmin tarixdə, saat 17:00-da keçiriləcək.
İştirak haqqı 350 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: İlham Əliyev -Şöbə müdiri
[email protected]
+994 12 310 53 16 (1704)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 16 dekabr 2025-ci il, saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Ak. Həsən Əliyev küçəsi 299 ünvanına təqdim edə bilərlər.












