Sığorta

Diplomatik korpus "A-Qroup"da - SIĞORTALANIR

Diplomatik korpus "A-Qroup"da - SIĞORTALANIR | FED.az
12:31 10 Mart 2020

Xarici ölkələrin Azərbaycandakı 22 səfirliyi əmlaklarını, avtomobillərini və ən əsası işçi heyətinin və onların ailələrinin sağlamlığını artıq A-Qroup sığorta şirkətinə həvalə edib.

FED.az məlumat verir ki, sığortalıların sağlamlığının qorunması, hərtərəfli tibbi xidmətin təşkili A-Qroupun prioritet sahələri olmuşdur və qalır.

Son ildə Sığortalılar siyahısına İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Koreya, Avstriya, Peru, Qazaxıstan və digər ölkələrin səfirlikləri daxil olunmuşdur. Fransa, Hollandiya Krallığı, Böyük Britaniya və İsveçin diplomatik nümayəndəlikləri isə artıq uzun illərdir ki, A-Qroup ilə əməkdaşlıq edir. Bu müddət ərzində sözügedən sığorta şirkəti həmişə müştəriyə fokuslanan xidmət və etibarlı tərəfdaş imicinin formalaşması məsələlərinə böyük diqqət yetirmişdir. A-Qroup üçün Sığortalıya yüksək keyfiyyətli sığorta xidmətləri təqdim etmək, həssas münasibət və sürətli xidmət ilə təəccübləndirmək və müştərilərin bütün istəklərini nəzərə almaq çox vacibdir.

A-Qroup Sığorta Şirkəti nail olduğu bu uğurları ilə kifayətlənməyərək yaxın və uzaq xarici ölkələrin səlahiyyətli nümayəndələrinin güvənini qazanmağa davam etmək niyyətindədir.

A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 25 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.

 

Digər xəbərlər