Azərbaycanda dəmiryol nəqliyyat vasitələrinin sığortası üzrə yığımlar azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 32,5 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12 min manat və ya 26,9% azdır.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 44,5 min manat təşkil edib.