“Qala Sığorta” ASC-nin daxili audit xidmətinin rəhbəri peşəkar maliyyəçi-audit Maqsud Müslümzadə vəzifəndən uzaqlaşıb.
FED.az xəbər verir ki, M.Müslümzadə bununla bağlı facebook profilində paylaşım edib.
“15 ildən sonra bu gün sığorta sektorunda karyeramı bitirirəm. Karyeramı sığortada satış və marketinq stajı kimi başlamışam, bu sahəni daxili audit xidmətinin rəhbəri kimi tərk edirəm.
Bu 15 il mənə gözəl, istedadlı insanlarla tanışlıq verdi ki, öz növbəsində mənə təcrübə və bilik bəxş etdi”.