Azərbaycanda 2026-cı ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
Ev sahibləri leysan yağışlarına görə neçə manat zərər çəkdi? Kimlərin xərcini sığorta ödəyəcək?
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-fevral ayları ərzində bu növ sığorta üzrə yığımlar 5 milyon 056 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 858 min manat və ya 3,9 dəfə azdır. 2025-ci ilin eyni dövründə bu göstərici 19 milyon 914 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 435 min manat təşkil edib ki, bu da illik müqayisədə 232 min manat və ya 34,8% azdır. Ötən ilin eyni dövründə 667 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 8,6% təşkil edib. 2025-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 3,3% təşkil etmişdi.















