“AtaSığorta” ASC tələbələr üçün “Daşınmaz əmlakın icbari sığortası və könüllü sığorta növləri üzrə məlumat” mövzusunda təlimlər keçirəcək
Eləcə də bax: «Bizim tələbələr ABŞ, Britaniya və Fransa diplomları da alacaq» – REKTORDAN AÇIQLAMA
FED.az xəbər verir ki, “AtaSığorta” ASC tələbələr üçün “Daşınmaz əmlakın icbari sığortası və könüllü sığorta növləri üzrə məlumat” mövzusunda təlimlərlər keçirəcək. Təlimlər şirkətin Anderraytinq və Təkrarsığorta Departamenti və Sığorta Xidmətləri Departamentinin məsul işçiləri tərəfindən aparılacaq. Təlimlərdə tələbələrə sığorta haqqında ümumi məlumat, sığortanın normativ bazası, müqavilələrin hazırlanması, sığorta sektoru barədə məlumatlar veriləcəkdir. Növbəti tədris ilində tələbələr üçün digər aktual mövzularda da təlimlər təşkil olunacaqdır.
Qeyd edək ki, təlimlər şirkətin Zərifə Əliyeva küçəsi 55, Yeni Həyat Plaza ünvanında yerləşən Baş Ofisində keçiriləcəkdir. Təlimdə iştirak etmək istəyənlər (012) 510 40 58 (daxili 529 / 550) və ya [email protected] ilə əlaqə saxlaya bilərlər.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.