Qanunvericilikdə nəzərdə tutulub ki, daşınmaz əmlakın sığortası icbaridir və icbari sığorta olduğundan sanksiyalar da nəzərdə tutulub.
Eləcə də bax: Sığorta ödənişlərinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR, 2022)
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev deyib. Onun sözlərinə görə, sözügedən sanksiyaların tətbiqi il bağlı müəyyən texniki işlər görülməlidir.
"Daşınmaz əmlak sahibinin sığorta olub-olunmaması barədə məlumatı dəqiqləşdirmək üçün dövlət əmlak qeydiyyatını həyata keçirən İcbari Sığorta Bürosunun sistemləri arasında inteqrasiya olmalıdır", - o bildirib.
Z. Əliyev qeyd edib ki, bu istiqamətdə qanunvericilik bazası yaradılmalıdır və bununla bağlı "İcbari sığorta haqqında" Qanuna müvafiq dəyişikliklər olunmalıdır: "Bu dəyişikliklərin layihəsi artıq hazırlanır, müvafiq qurumlarla razılaşdırılır. Nazirlər Kabinetindən müsbət rəy aldıqdan sonra növbəti instansiyaya göndərilir. Biz güman edirik ki, həmin layihə Mill Məclisdə təqdim olunacaq. Hüquqi baza tam yaranandan və texniki işlərin tamamlanmasından sonra qurumlar daşınmaz əmlak sahibi olub, lakin onu sığortalamayanlarla müvafiq işlər apara biləcəklər".
Z. Əliyev əlavə edib ki, hazırda bu istiqamətdə maarifləndirmə işləri də aparılır. (Apa)