Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımlar 53 milyon 729 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 960 min manat və ya 2% çoxdur.
2023-ci ilin yanvar-may aylarında bu göstərici 52 milyon 769 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 1 milyon 145 min manat təşkil edib ki, bu da illik müqayisədə 267 min manat və ya 30 % çoxdur.
Keçən ilin eyni dövründə 878 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 2% təşkil edib.